[b]Millimizin üzvü Miroslav Klozenin keçmiş komandasında[/b]
02.06.2015 - 15:19
[b]Millimizin üzvü Miroslav Klozenin keçmiş komandasında[/b]

Azərbaycan yığmasının sabiq üzvü Rüfət Dadaşov komandasını dəyişib. Apasport.az saytının Almaniya mətbuatına istinadən verdiyi məlumata görə, 24 yaşlı hücumçu "Svaybrükken"dən ayrılaraq, Regional Liqanın digər təmsilçisi “Homburq”a keçib.

 

Daha dəqiq desək, klub rəhbərliyi Dadaşovla əməkdaşlığı davam etdirmək istəməyib. Nəticədə Rüfət “Homburq”un futbolçularından biri ilə dəyişdirilib.

 

Həmyerlimizin yeni komandası “Homburq”da Almaniya yığmasının keçmiş hücumçusu Miroslav Kloze karyerasının ilk addımlarını atıb.

 

Qeyd edək ki, Azərbaycan yığmasında 2013-cü ildə debüt edən Rüfət Dadaşov sabiq baş məşqçi Berti Foqtsun güvəndiyi oyunçulardan olub. Millinin heyətində 14 oyunda 4 qol vuran hücumçu Robert Prosineçkinin gəlişindən sonra yığmaya çağırılmayıb.