[b]Millimizin üzvü oynamadı, komandası uduzdu[/b]
26.02.2018 - 10:15
Millimizin futbolçusu Eddi İsrafilovun komandası "Alkorkon" İspaniyanın II La Liqasında növbəti oyununu keçirib. Apasport.az saytı xəbər verir ki, adıçəkilən komanda XXVIII tur çərçivəsində səfərdə "Qranada” ilə qarşılaşıb.
Oyun qonaqların 0:2 hesablı məğlubiyyəti ilə nəticələnib.
İsrafilov bu görüşün iştirakçısı olmayıb. Yığmamızın üzvü zədəli olduğu üçün adı matçın iştirak ərizəsinə salınmayıb.
Aktivində 34 xal olan "Alkorkon" turnir cədvəlində 16-cı pillədə qərarlaşıb.
Qeyd edək ki, Eddi İsrafilov "Alkorkon"a bu il "Ximnastik"dən keçib.
0
0