“Ümid edirəm ki, adamlar stol arxasında danışıqlar apararaq kompromis yolunu tapacaqlar. Fikrimcə, futbol bütün bunlara kömək ola bilər. Ona görə də mən burda qalmağa, işimi davam etdirməyə və bu çətin dövrdən çıxmağa qərar verdim”. Apasport.az saytının məlumatına görə, bunu “Şaxtyor”un rumıniyalı baş məşqçisi Mirça Luçesku deyib.
“Qalatasaray”dan ciddi təklif alan Mirça Luçesku Donetsk klubunda qalmasına aydınlıq gətirib. O həmçinin komandasının növbəti mövsüm üçün hazırlıq planları haqqında da danışıb.
Luçesku “Qarabağ”la Avstriyada yoxlama oyunu keçirəcəklərini təsdiqləyib: “İyunun 17-də Avstriyada toplaşacağıq və ilk toplanışa başlayacağıq. 4 yoxlama oyunu keçirəcəyik. İnsbruk “Vakker”i, Albaniya çempionu “Şkenderbeu”, Azərbaycan çempionu “Qarabağ” və Avstriyanın “Zaltsburq” klubları ilə oynayacağıq. Sonra 2 turnirdə iştirak etmək məqsədi ilə İsveçrəyə gedəcəyik. Ukraynaya “Dinamo” ilə qarşılaşacağımız Superkubok oyunu öncəsi qayıdacağıq. Ümid edək ki, həmin vaxt burda sakitlik olacaq və biz idman, futbol haqqında fikirləşəcəyik, müharibə haqqında yox”.
Qeyd edək ki, “Qarabağ”la Ukrayna çempionu “Şaxtyor” iyunun 23-də üz-üzə gələcək.
Mirça Luçesku “Qarabağ”la oyundan danışdı
19.06.2014 - 13:14
0
0