[b]Modriç və Kroos Fransaya aparıldı?[/b]
05.03.2018 - 16:04
[b]Modriç və Kroos Fransaya aparıldı?[/b]

Çempionlar Liqasının 1/8 final mərhələsində sabah PSJ ilə cavab oyununa çıxacaq “Real” artıq Parisə yollanıb. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, “kral klubu” səfərə 24 futbolçu aparıb.

 

Bir müddətdi zədədən əziyyət çəkən və La Liqanın ötən turunda “Xetafe” ilə görüşü buraxan yarımmüdafiəçilər Luka Modriçlə Toni Kroos da Fransaya gedən heyətdə yer alıblar. Bu isə o deməkdi ki, hər iki futbolçu sabahkı qarşılaşmada iştirak edə bilər.

 

Qapıçılar: Keylor Navas, Kiko Kasilya, Luka Zidan

Müdafiəçilər: Dani Karvahal, Xesus Valyexo, Serxio Ramos, Rafael Varan, Naço Fernandes, Marselo, Teo Ernandes, Aşraf Hakimi

Yarımmüdafiəçilər: Toni Kroos, Luka Modriç, Kasemiro, Markos Lyorente, Marko Asensio, İsko, Mateo Kovaçiç, Daniel Sebalyos

Hücumçular: Kriştianu Ronaldo, Kərim Benzema, Qaret Beyl, Lukas Vaskes, Borxa Mayoral

 

Qeyd edək ki, PSJ - “Real” oyunu Bakı vaxtı ilə saat 23:45-də start götürəcək. İlk matçda İspaniya təmsilçisi 3:1 hesablı qələbə qazanıb.