Noyabrın 17-də keçiriləcək yoxlama oyununda Moldova ilə qarşılaşacaq Azərbaycan millisi tarixində 9-cu dəfə bu rəqiblə üz-üzə gələcək. Apasport.az saytının məlumatına görə, iki ölkə təmsilçisi indiyədək 2 seçmə və 6 yoxlama oyununda görüşüb.
DÇ-2002-nin seçmə oyunlarında moldovalılar üstün olub – 2:0, 0:0.
Yoxlama oyunlarında da rəqib daha çox – 2 qələbə qazanıb. 1 dəfə qalib gələn milimiz 3 heç-heçəylə kifayətlənib.
Ümumilikdə isə 8 oyundan yarısı bərabərliklə nəticələnib. Moldovanın 3, yığmamızın bir dəf qalib gəldiyi oyunlarda futbolçularımız 4 qol vurub, 7-ni buraxıb.
İlk dəfə 1994-cü ildə qarşılaşan komandaların son 3 oyunu heç-heçə ilə nəticələnib.
2 sentyabr 1994. Kişinyov. YO. Moldova – Azərbaycan 2:1
22 mart 1998. Bakı. YO. Azərbaycan – Moldova 1:0
24 mart 2001. Bakı. DÇ. Azərbaycan – Moldova 0:0
1 sentyabr 2001. Kişinyov. DÇ. Moldova – Azərbaycan 2:0
31 mart 2004. Kişinyov. YO. Moldova – Azərbaycan 2:1
9 fevral 2005. Bakı. YO. Azərbaycan – Moldova 0:0
18 may 2006. Kişinyov. YO. Moldova – Azərbaycan 0:0
26 may 2010. Seekirchen. YO. Moldova - Azərbaycan 1:1
YO – yoldaşlıq oyunu, DÇ – dünya çempionatının seçmə oyunu.