[b]Moskva “Dinamo”su Bakıda “Neftçi” ilə qarşılaşa bilər[/b]
30.01.2015 - 15:33
[b]Moskva “Dinamo”su Bakıda “Neftçi” ilə qarşılaşa bilər[/b]

“Tofiq Bəhramov kimi, Ələkbər Məmmədov da Azərbaycan futbolunda iz qoymuş korifeylərdən biridi. Biz onun da ad gününü yaddan çıxarmayacağıq”. Bu sözləri apasport.az saytına Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayev deyib.

 

Məşhur hakim Tofiq Bəhramovun xatirəsinə dünən veteranlarla hakimlər arasında yoldaşlıq görüşü təşkil edən qurumun növbəti planı məhz Ələkbər Məmmədovla bağlıdı. Ancaq bu dəfə daha geniş tədbir planlaşdırılır.

 

Abdullayev turnir təşkil edəcəklərini istisna etməyib: “Onun xatirəsinə mini-turnir keçirmək istəyirik. Bu barədə AFFA ilə məsləhətləşirik. Tofiq Bəhramovla bağlı tədbir keçirməkdə AFFA-nın baş katibi Elxan Məmmədov bizə dəstək verdi. Eyni dəstəyi yenə əsirgəməyəcəklərini bilirik. Ələkbər Məmmədovun bir müddət formasını geyindiyi Moskva “Dinamo”sunu Bakıya dəvət etməyi düşünürük. AFFA rəhbərliyi ilə məsləhətləşdikdən sonra bununla bağlı qərar qəbul edəcəyik”.

 

Qeyd edək ki, keçən il vəfat edən Ələkbər Məmmədov indi sağ olsaydı, mayın 9-da 85 yaşını qeyd edəcəkdi.