[b]Mourinyo “Çelsi”dən qovuldu![/b]
17.12.2015 - 19:01
[b]Mourinyo “Çelsi”dən qovuldu![/b]

“Çelsi”də gözlənilən ayrılıq baş tutub. Apasport.az saytının İngiltərə mətbuatına istinadən məlumatına görə, baş məşqçi Joze Mourinyo istefaya göndərilib.

 

Mövsümə olduqca uğursuz start götürən “zadəganlar” Premyer Liqanın geridə qalan 16 turunda cəmi 15 xal toplaya bilib və hazırda turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.

 

Ötən turda “Lester”ə məğlubiyyət “Çelsi” rəhbərliyi üçün bardağı aşıran son damla olub və Mourinyo istefaya göndərilib.