[b]Mövsümdə 10-cu dəfə[/b]
03.03.2018 - 16:13
[b]Mövsümdə 10-cu dəfə[/b]

Azərbaycan Premyer Liqasının XVIII turunun ikinci günündə diqqətlər Qəbələyə yönələcək. Apasport.az saytının məlumatına görə, “Qəbələ” və “Neftçi” arasında maraq doğuran matçı Rauf Cabbarov idarə edəcək.

 

Bu qarşılaşma onun cari mövsüm çempionatda 10-cu görüşü olacaq. Referi bunadək 9 oyunda fit çalıb. Cabbarov meydan sahibləri üçün düşərli hakim sayılır. Onun idarə etdiyi matçlarda 5 dəfə ev sahibi, 3 dəfə qonaq komanda qalib gəlibsə, 1 dəfə bərabərlik qeydə alınıb. 39 sarı vərəqə göstərən hakim meydan sahiblərini 17, qonaqları 32 dəfə cəzalandırıb. Qonaqlara qırmızı vərəqə verməyən Cabbarov meydan sahiblərini bir dəfə azlıqda qoyub. O, üç dəfə penalti nöqtəsini göstərib. Evdə oynayan komandanın lehinə 1, əleyhinə 2 penalti təyin olunub.

 

Hakimin yolları “Neftçi” və “Qəbələ” ilə də kəsişib. Hər iki komanda üçün Cabbarov uğurlu referi sayılır. Çünki onun idarə etdiyi qarşılaşmalarda bu klublardan heç biri xal itirməyib.

 

2 ev, 2 səfər matçında bu hakimlə görüşən “Qəbələ” 4 dəfə qalib gəlib. “Qırmızı-qaralar” özləri 7, rəqibləri 10 xəbərdarlıq görüb. “Neftçi” isə 2 ev matçından itkisiz ayrılıb. Oyunçuları 2, rəqibləri 5 sarı vərəqə görən bakılılar “Sumqayıt”la X turun matçında penalti ilə də cəzalanıb.