Azərbaycan Premyer Liqasının XVII turu “Qarabağ”ın “Kəpəz” üzərində mövsümdə 3-cü qələbəsi ilə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, çempionatın lideri cari mövsümdə eyni komandadan 9 xal alan yeganə klubdu.
III dövrədə üç tur arxada qalsa da, “Qarabağ”dan başqa heç bir komanda bunu bacarmayıb. Ötən tur “Səbail”i 3-cü dəfə yenən Qurban Qurbanovun yetirmələri eyni aqibəti “Kəpəz”ə yaşadıb. Mövsümün ilk yarısındakı görüşlərin ikisində də 2:0 hesabı ilə qalib gələn “Qarabağ” bu dəfə 1 cavabsız qola sevinib.
Qeyd edək ki, ağdamlılar mövsümün ilk “het-trik”ində “Səbail”i ilk matçda 2:0, sonrakı görüşlərdə 1:0 hesabı ilə yenib.