[b]Moyesin təyinatı rəsmiləşdi[/b] - FOTO
07.11.2017 - 13:29
[b]Moyesin təyinatı rəsmiləşdi[/b] - FOTO

“Vest Hem” klubu yeni baş məşqçi Devid Moyeslə münasibətləri rəsmiləşdirib. Apasport.az saytı xəbər verir ki, şotlandiyalı çalışdırıcı bu postda Slaven Biliçi əvəzləyib.

 

Klubun sahibi Devid Sallivan bu təyinat haqda danışıb: “Bizə Moyes kimi təcrübəli, İngiltərə çempionatına yaxından bələd olan məşqçi lazım idi. Ona inanırıq və ümid edirik ki, komandadakı vəziyyəti dəyişə biləcək. Moyesin öz ideyaları ilə “Vest Hem”də uğur qazanacağını düşünürük”.

 

Qeyd edək ki, Biliç uğursuz nəticələrə görə istefaya göndərilib.