Rusiyada təşkil olunacaq DÇ-2018-in daha bir iştirakçısı bəlli olub. Apasport.az saytının məlumatına görə, Seneqal yığması da mundiala vəsiqəni təmin edib.
Afrika zonası üzrə seçmə mərhələnin D qrupunda 5-ci tur çərçivəsində səfərdə CAR-la qarşılaşan seneqallılar 2:0 hesablı qələbə qazanaraq sona bir tur qalmış minimum hədəfin öhdəsindən gəliblər.
Bununla da DÇ-2018-ə vəsiqə qazanan ölkələrin sayı 24-ə çatıb. Daha öncə təşkilatçı Rusiya, eləcə də Braziliya, İran, Yaponiya, Meksika, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, Belçika, Almaniya, İngiltərə, İspaniya, Nigeriya, Kosta-Rika, Polşa, Misir, Serbiya, İslandiya, Fransa, Portuqaliya, Uruqvay, Argentina, Kolumbiya və Panama yığmaları dünya çempionatında oynamaq hüququ qazanmışdı.
- Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda
- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”