FİFA dünya çempionatlarının pley-off matçlarında əlavə olunmuş vaxtda dördüncü əvəzetməyə icazə verilməsini nəzərdən keçirəcək. Apasport.az saytının məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ali futbol qurumunun texniki komitəsinin üzvü, bir zamanlar məşhur məşqçi olan Jerar Ulye bildirib.
Ulye dördüncü əvəzetmənin yaxşı fikir olduğunu vurğulayıb: “Amma bunun üçün bir şərtimiz var: əvəzetmə əlavə vaxtda həyata keçirilməlidir. Braziliyadakı dünya çempionatı tarixdə ən intensiv mundialdır. Biz görürük ki, oyun zamanı futbolçuların əzələləri yığılır və məşqçilər məcburi əvəzetmələr etmək məcburiyyətində qalırlar. Buna görə də, əlavə vaxtda komandalara dördüncü əvəzetmədən istifadə etmək fikri maraqlıdır. Bu, oyunu yeniləməyə, onu daha sürətli etməyə imkan verəcək”.
Ulye xatırladıb ki, Braziliyadakı mundialda sonradan meydana çıxan futbolçular 20 qol vurublar və bu da dünya çempionatları tarixində rekorddur.