[b]Mundialdan kənar qalmaq İtaliyaya baha başa gəldi[/b]
14.11.2017 - 20:00
İtaliya millisinin DÇ-2018-in final mərhələsində çıxış edə bilməməsinin əks-sədaları davam edir. Apasport.az saytının “Goal.com”a istinadən məlumatına görə, “Skuadra-Adzurra”nın bu fiaskosu ölkə iqtisadiyyatına da mənfi təsir edib.
Bu barədə İtaliya Milli Olimpiya Komitəsinin keçmiş prezidenti Franko Karraro açıqlama verib. O, ölkə iqtisadiyyatının bu uğursuzluğa görə 1 milyard dollar ziyana düşdüyünü deyib.
Qeyd edək ki, DÇ-2018-in seçmə mərhələsinin pley-offunda İsveçlə qarşılaşan İtaliya millisi (0:1, 0:0) 60 ildən sonra ilk dəfə mundialdan kənarda qalıb.
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”
- 114 ittiham üzrə günahkar bilindi - “Mançester Siti” satıla bilər
- “Məlumatların silinməsi iddiası yalandır” - TFF-dən açıqlama
- Klubsuz qalan İkardi: “Mənim artıq hər şeyim var”
0
0