[b]Muntyanu rüsvayçı oyuna şərh verdi[/b]
10.08.2014 - 21:55
[b]Muntyanu rüsvayçı oyuna şərh verdi[/b]

 

"Qəbələ"nin baş məşqçisi Dorinel Muntyanu Topaz Premyer Liqasının I turu çərçivəsində "İnter"ə qarşı keçirdikləri oyunu şərh edib. Apasport.az saytının xəbərinə görə, bölgə təmsilçisinin rumıniyalı çalışdırıcısı 0:4 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

 

"Təbii ki, çempionata yaxşı nəticə ilə başlamaq istəyirdik, amma alınmadı. "İnter"in əməyi göz qabağında idi. Onları qələbə münasibətilə təbrik edirəm. Bu gün bizim günümüz deyildi. Çalışacağıq ki, bundan sonra hər şey yaxşı olsun. Əminəm ki, komandam bundan yaxşısını etmək bacarığındadı. Avroliqa oyunlarından çox vaxt keçib. Ona görə də bu məğlubiyyətin həmin matçlarla əlaqəsi yoxdu. Çempionatda ilk oyunumuzdu. Ona görə alınmadı. Hesab edirəm ki oyundan oyuna yaxşılaşacağıq".