Çexiya yüksək liqasında mübarizə aparan klubların U-21 komandaları arasında təşkil edilən çempionatda XIX turun oyunları keçirilib. Apasport.az saytı xəbər verir ki, azərbaycanlı futbolçular Fərid Nəbiyev və Rövlan Muradovun çıxış etdiyi “Slaviya”nın gənclərdən ibarət kollektivi də meydana çıxıb.
Praqa təmsilçisi “Teplitse”nin qonağı olub. Oyun "Slaviya"nın 0:2 hesablı məğlubiyyəti ilə nəticələnib.
Nəbiyev bu görüşün iştirakçısı olmayıb. Əvəzində Muradov meydana çıxıb. Praqalıların yeni transferi olan Rövlan "11-lik"də yer alıb və oyunu əvəzlənmədən keçirib.
Qeyd edək ki, 29 xala malik “Slaviya”nın U-21 komandası turnir cədvəlində 7-cidi.