“Çempionatın ən güclü komandalarından birinə qarşı oynadıq”. Apasport.az saytının xəbərinə görə, bunu “Xəzər Lənkəran”ın baş məşqçisi Mustafa Dənizli Topaz Premyer Liqasının XXIX turunda “Qəbələ” ilə oyundan sonra keçirilən mətbuat konfransında deyib.
Cənub təmsilçisinin türkiyəli çalışdırıcı 1:0 hesabı ilə qazanılan oyunla bağlı danışarkən bildirib ki, komandası daha çox qol vura bilərmiş: “Komandanın sərgilədiyi oyundan razı qaldım. Hesab daha böyük ola bilərdi. Amma onu da nəzərə almaq lazımdı ki, rəqib cavab topu vurmaq üçün hücuma atıldığından, müdafiə xəttində boşluq yaranmışdı. əsas heyətin 3 üzvü - Adrian Skarlatake, Tural Cəlilov və Tyaqo Xesus zədə səbibindən bizə kömək edə bilmədi. “Qəbələ” ilə kubokun yarımfinalında da qarşılaşacağıq. Bu səbəbdən daha diqqətli olmalıyıq”.