Mustafa Dənizli Azərbaycanı tərk edir
26.04.2014 - 23:11
Mustafa Dənizli Azərbaycanı tərk edir

Topaz Premyer Liqasının XXXII turu çərçivəsində bu gün “İnter”in qonağı olacaq “Xəzər Lənkəran” klubunun baş məşqçisi Mustafa Dənizli yenidən ölkəmizi tərk edəcək. Apasport.az saytının xəbərinə görə, yenidən vətəninə yollanacaq türkiyəli çalışdırıcı İstanbulda müayinə olunacaq.  

Onun klubun sahibi, “Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimovla görüşəcəyi də istisna edilmir.

Xatıralaq ki, Dənizli bir müddət əvvəl də Türkiyəyə yollanmışdı.