[b]Mustafa Dənizli rəsmən “Qalatasaray”da![/b]
23.11.2015 - 17:43
[b]Mustafa Dənizli rəsmən “Qalatasaray”da![/b]

“Qalatasaray”ın yeni baş məşqçisinin adı rəsmən açıqlanıb. Apasport.az saytının "milliyet.com"a istinadən məlumatına görə, “cim-bom”un “sükan”ı təcrübəli mütəxəssis Mustafa Dənizliyə tapşırılıb.

 

Bu barədə məlumatı klubun prezidenti Dursun Özbək verib. O bildirib ki, Dənizli ilə bu gün keçirdikləri görüş müsbət nəticələnib: “Boş qalan baş məşqçi postunu Mustafa Dənizliyə təklif etdim, o da bu keçidə razılıq verdi. Qarşıdakı günlərdə rəsmi müqavilə imzalanacaq”.

 

Qeyd edək ki, “Qalatasaray” ötən həftə gözlənilmədən Hamza Hamzaoğlu ilə yollarını ayırmışdı.