[b]Mustafa Dənizlinin Azərbaycana qayıdışı ertələnir[/b]
30.04.2014 - 14:15
Topaz Premyer Liqasının XXXII turunda “İnter” klubuna 0:3 hesablı məğlubiyyətdən sonra müayinə olunmaq üçün Türkiyəyə yollanan “Xəzər Lənkəran”ın baş məşqçisi Mustafa Dənizlinin Azərbaycana nə vaxt qayıdacağı məlum deyil. Apasport.az saytının əldə etdiyi məlumata görə, 64 yaşlı mütəxəssisin bu gün ölkəmizə qayıdacağı barədə xəbərlər yayısa da, bu, heç də belə deyil.
Çünki Dənizli Azərbaycana mayın 4-dən tez qayıtmayacaq. Çempionatın növbəti turunda “Rəvan”la oyuna isə komandanı onun köməkçisi Oğuz Çətin çıxaracaq.
0
0