Mustafa Dənizli: Komandada dəyişiklik etmək lazımdı
27.04.2014 - 20:42
Mustafa Dənizli: Komandada dəyişiklik etmək lazımdı

“Xəzər Lənkəran” klubunun baş məşqçisi Mustafa Dənizli Topaz Premyer Liqasının XXXII turunun “İnter”lə oyunundan sonra fikirlərini açıqlayıb. Apasport.az saytının xəbərinə görə, türkiyəli mütəxəssis adəti üzrə yerli futbolçuların azlığından şikayətlənib: “Nə söyləmək olar? Yerli futbolçu problemi yaşayırıq. Yaxşı da oynasaq, pis də oynasaq, udzuruq. Pis bir seriyamız var və davam edirik. Bura gələrkən əsas məqsədimiz kubokda uğur qazanmaq idi. Amma qazana bilmədik. Orada da mübarizəni dayandırdıq. Liqada heç bir şansımız yox idi. Bunu əvvəlcədən bilirdik. Bu psixologiya ilə qalib gəlmək olmaz. Yayda komandada dəyişiklik etmək lazımdı. Yerli oyunçularla bağlı problemləri aradan qaldırmaq lazımdı" 

 

Xatırladaq ki, “Xəzər Lənkəran” “İnter”ə böyük hesabla uduzub – 0:3.