ATP ötən həftənin nəticələrinə əsasən kişi tennisçilərin reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, lider Rafael Nadal ikinci pillədə qərarlaşan Rocer Federerlə olan 100 xallıq fərqi qoruyub saxlayıb.
İlk onluqda heç bir dəyişiklik olmayıb. “Barcelona Open” turnirinin son finalçısı Stefanos Çiçipas 19 sıra irəliləyərək, ilk 50-liyə daxil olub. Ən böyük sıçrayış isə Marko Çekkinatonun adı ilə bağlıdı. İtaliyalı raketka ustası 33 pillə irəliləyib.
ATP sıralaması
1 (1). Rafael Nadal (İspaniya) – 8770 xal
2 (2). Rocer Federer (İsveçrə) – 8670 xal
3 (3). Aleksandr Zverer (Almaniya) – 5195 xal
4 (4). Marin Çiliç (Xorvatiya) – 4985 xal
5 (5). Qriqor Dimitrov (Bolqarıstan) – 4950 xal
6 (6). Xuan Martin del Potro (Argentina) – 4470 xal
7 (7). Dominik Tim (Avstriya) – 3545 xal
8 (8). Kevin Anderson (CAR) – 3390 xal
9 (9). Con İzner (ABŞ) – 3125 xal
10 (10). David Qoffen (Belçika) – 3020 xal
44 (63). Stefanos Çiçipas (Yunanıstan) – 1106 xal
59 (92). Marko Çekkinato (İtaliya) – 891 xal