[b]Nazarov “sarı” gördü, komandası məğlubiyyətdən son anda qaçdı[/b]
28.09.2015 - 09:33
[b]Nazarov “sarı” gördü, komandası məğlubiyyətdən son anda qaçdı[/b]

Azərbaycan yığmasının üzvü Dmitri Nazarovun formasını geyindiyi “Karlsrue” klubu Almaniyanın II Bundesliqasında növbəti görüşünü keçirib. Apasport.az saytı xəbər verir ki, adıçəkilən komanda IX tur çərçivəsində “Heydenheym”in qonağı olub.

 

Oyun 1:1 hesabı ilə nəticələnib. Ev sahibləri 9-cu dəqiqədə hesabı açsalar da, matçın əsas vaxtına əlavə olunmuş 3-cü dəqiqədə “Karlsrue” məğlubiyyətdən xilas olmağı bacarıb.

 

Nazarov yenə start heyətində meydana çıxıb. 90 dəqiqə meydanda qalan yığmamızın üzvü ilk hissənin sonlarında sarı vərəqə ilə cəzalandırılıb. Buna baxmayaraq, Almaniya mətbuatı onu matçın ən yaxşılarından hesab edil.

 

Qeyd edək ki, 9 turdan sonra 8 xal toplayan “Karlsrue” turnir cədvəlində 14-cü pillədə qərarlaşıb.