[b]Nazarov oynadı, komandası uduzdu[/b]
29.01.2018 - 10:23
[b]Nazarov oynadı, komandası uduzdu[/b]

Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun formasını geyindiyi “Aue” II Bundesliqada növbəti matçına çıxıb. Apasport.az saytının məlumatına görə, komanda XX turda “Braunşveyq”i qəbul edib.

 

Paskal Köpkenin 12-ci dəqiqədə vurduğu qol “Aue”ni önə keçirsə də, qonaqlar fasiləyə qədər bunun əvəzini 2 topla çıxıblar. İkinci hissədə daha bir qol vuran “Braunşveyq” səfərdən 3:1 hesablı qalibiyyətlə dönüb.

 

Start heyətində meydana daxil olan Dmitri Nazarov 56-cı dəqiqədə komanda yoldaşı Rici Munsi ilə əvəzlənib.

 

Qeyd edək ki, bu nəticədən sonra “Aue” aktivindəki 23 xalla 18 komanda arasında 15-ci pillədə qərarlaşıb.