Fransa çempionatının XXVII turunda “Marsel”lə matçda sıradan çıxan PSJ-nin futbolçusu Neymarın durumuna aydınlıq gəlib. Apasport.az Paris klubunun saytına istinadən xəbər verir ki, braziliyalı hücumçunun bəxti gətirib.
Belə ki, Neymarın ayağında qırıq aşkarlanmayıb. Tibbi müayinədən sonra həkimlər onun sümüyündə çat yarandığını bildiriblər.
Vaxtilə Marselo, Toni Kroos və Xabi Alonso kimi futbolçular da bu cür zədə ilə üzləşiblər. Onların tam olaraq sıraya dönməsi bir neçə həftə vaxt alıb. Bu isə o deməkdi ki, Neymarın Çempionlar Liqasının 1/8 final mərhələsində “Real”la cavab oyununu buraxmaq ehtimalı yüksəkdi.
Qeyd edək ki, PSJ – “Real” görüşü martın 6-da keçiriləcək. Bu komandaların Madriddəki ilk qarşılaşmasında “kral klubu” 3:1 hesablı qələbə qazanmışdı.