“Xəzər Lənkəran”a qayıtmayacağam. Karyeramı bundan sonra vətənimdə davam etdirəcəyəm”. Bu sözləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran”ın sabiq futbolçusu Nikola Qliqorov deyib.
“Ağ-yaşıllar”la müqaviləsi başa çatan 30 yaşlı yarımmüdafiəçi yenidən Azərbaycana qayıdacağını təkzib edib. Makedoniya millisinin üzvü ölkəsində “Vardar” klubunda oynayacağını bildirib: “”Xəzər Lənkəran”la müqaviləm başa çatdı. Ölkəmə qayıtdım və burda “Vardar” klubu ilə razılığa gəldim. Bir illik müqaviləyə qol çəkmişəm. Növbəti mövsüm bu komandanın uğurları üçün çalışacağam. Lənkəran klubuna uğurlar arzulayıram. İnanıram ki, qarşıdakı illərdə daha yaxşı çıxış edəcəklər”.
Qliqorov bildirib ki, “Xəzər Lənkəran”dan yeni müqavilə təklifi alsa da, bundan imtina edib: “Düzdü, yeni müqavilə təklif etdilər. Amma mən artıq öz ölkəmə qayıtmaq və doğma şəhərimdə oynamaq istəyirdim”.