[b]Nikolay Adam komandasından razı qaldı[/b]
22.02.2015 - 20:01
[b]Nikolay Adam komandasından razı qaldı[/b]

“Ötən oyunla müqayisədə, bu dəfə komandamdan daha razı qaldım”. Apasport.az saytının məlumatına görə, bu sözləri 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Nikolay Adam deyib.

 

Təcrübəli mütəxəssis Finlandiyailə 1:1 hesablı heç-heçə qalmalarına şərh verib: “Güclü Finlandiya yığmasına qarşı layiqli oyun göstərdik. Komanda şəklində mübarizə apardıq. Fransada keçirəcəyimiz ağıq oyunları nəzərə alsaq, gözəgəlimli oynamaq bir o qədər də vacib deyil və futbolçularımız bu cür qarşılaşmalara vərdiş etməlidirlər. Çempionlar Liqası kimi nüfuzlu turnirdə belə, komandalar nəticə naminə bəzən baxımlı futbola üstünlük vermirlər. Futbolçularım hər oyunda xarakter nümayiş etdirdiyi üçün bu komandada çalışmaqdan zövq alıram”. 

 

affa.az