[b]Nizami Hacıyev keçmiş komandasına qayıtdı[/b]
09.08.2014 - 13:12
[b]Nizami Hacıyev keçmiş komandasına qayıtdı[/b]

"İnter" heyətinə daha bir futbolçu cəlb edib. Apasport.az saytının xəbərinə görə, paytaxt təmsilçisi 26 yaşlı yarımmüdafiəçi Nizami Hacıyevlə  1 il müddətinə müqavilə imzalayıb.

 

2010 və 2011-2013-cü illəridə "bankirlər"in şərəfini qoruyan Nizami Hacıyev yenidən "İnter"ə qayıdıb. 

 

"İnter"də 80 nömrəli forma altında çıxış edəcək Hacıyevin adı bu gün klubun PFL-dəki sifariş ərizəsinə təqdim olunacaq və o, sabah Premyer Liqanın ilk turunda öz keçmiş komandası "Qəbələ"yə qarşı forma geyinə biləcək.
 

Qeyd edək ki, Nizami Hacıyev "Qəbələ" ilə yollarını qarşılıqlı razılıq əsasında ayırıb.