[b]Nurlan Novruzovun yeni klubu rəsmiləşdi[/b]
13.08.2015 - 18:39
[b]Nurlan Novruzovun yeni klubu rəsmiləşdi[/b]

“Zirə” heyətinə daha bir futbolçu qatıb. Apasport.az saytının məlumatına görə, ötən mövsüm Topaz Premyer Liqasının bombardiri olan Nurlan Novruzov debütantın sıralarına qoşulub.

 

“Bakı” klubu ilə əldə olunan razılığa əsasən Nurlan 6 aylıq icarə əsasında “Zirə”də çıxış edəcək. Ancaq Novruzovla müqavilənin müddəti artırıla bilər.

 

Bu haqda artıq futbolçu ilə şifahi razılıq əldə olunub. Klublar arasında da razılıq əldə olunarsa 6 aydan sonra Nurlan Novruzovla müqavilənin müddətinin artırılması mümkündür. (klub saytı)