[b]Nuru Əliyevin komandası biabır oldu[/b]
05.07.2014 - 23:04
Seleksiya xarakterli məşqlərini davam etdirən "Rəvan” klubu mövsümlərarası fasilədə ilk yoxlama oyununu keçirib. Apasport.az saytının xəbərinə görə, Nuru Əliyevin sahibi olduğu komandanın "siftə”si korlanıb.
Belə ki, “Rəvan” ilk yoxlama matçında Şüvəlanda AZAL-la qarşılaşıb. Meydan sahiblərinin üstünlüyü ilə keçən matçda "təyyarəçilər" 3:0 hesabı ilə qalib gəlib. Matçda hesab "Rəvan"ın müdafiəçisi Anar Həsənovun avtoqolu ilə açılıb. Daha sonra Aydın Qasımov və Orxan Səfiyaroğlunun vurduğu qollar hesabı müəyyənləşdirib.
0
0