“Ardıcıl 3 səfər görüşü keçirməyimiz bəzi futbolçularımızda yorğunluq yaradıb. Buna görə də, sürətli oyun sərgiləməkdə çətinlik çəkirik”. Apasport.az saytı xəbər verir ki, bu sözləri “Krasnodar”ın baş məşqçisi Oleq Kononov deyib.
Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Qəbələ”nin rəqiblərindən olan “Krasnodar” dünən Rusiya çempionatında “Terek”lə heç-heçə edib – 1:1.
Bu görüşlə bağlı ölkəsinin mətbuatına açıqlama verən Kononov komandasındakı çatışmazlıqlardan danışıb: “Terek”ə qalib gəlməyi çox istərdik. Amma alınmadı. Heyətimizdə bir neçə futbolçu zədəlidi. Yeni transferlərimiz komanda oyununa hələ tam uyğunlaşmayıblar. Sıx qrafikdə oynayırıq ki, bu da bizə mənfi təsir edir. Ancaq bunu bəhanə gətirməməliyik. Hücumda istədiyimiz kimi oynaya bilmirik. Artıq diqqətimizi növbəti görüşə yönəltməliyik. Həmin oyuna qədər bu problemi aradan qaldırmalıyıq”.
Qeyd edək ki, “Krasnodar” növbəti görüşünü oktyabrın 1-də məhz “Qəbələ”yə qarşı keçirəcək.
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı