[b]Ömürlük müqavilə imzalayan kapitana yeni təklif[/b]
26.01.2018 - 11:00
“Barselona”nın kapitanı Andres İnyesta yeni təklif alıb. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçinin xidmətində “Şanxay Şenxua” klubu maraqlıdı.
Çin təmsilçisi İnyestaya görə “Barselona” rəhbərliyinə rəsmi təklif göndərib. “Şanxay Şenxua”nın rəhbəri Vu Ksyaohay İspaniya Kubokunda keçirilən “Barselona” – “Espanyol” (2:0) matçından sonra kataloniyalıların rəhbərliyi ilə görüşüb.
Çinlilərin İnyestaya görə fantastik məbləğ xərcləməyə hazır olduğu bildirilir.
Qeyd edək ki, İnyesta ötən il “Barselona” ilə ömürlük müqavilə imzalayıb.
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
0
0