[b]Paytaxt derbisi Yusifova tapşırıldı[/b]
20.04.2016 - 18:08
[b]Paytaxt derbisi Yusifova tapşırıldı[/b]

Topaz Premyer Liqasında XXXI turun təyinatları açıqlanıb. Apasport.az-ın PFL-in rəsmi saytına istinadən məlumatına görə, 3 gün ərzində reallaşacaq turun mərkəzi oyunu sayılan “Qarabağ” – “İnter” görüşü Rəvan Həmzəzadəyə tapşırılıb.

 

“Neftçi” ilə “Zirə” arasında baş tutacaq paytaxt derbisində isə sabiq FİFA hakimi Fariz Yusifov ədalət təmsilçisi olacaq.

 

22 aprel (cümə)

19:00. “Qarabağ” – “İnter”
Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Mehman Mahmudov, Mahir Məmmədov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Xaqani Məmmədov
Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu

23 aprel (şənbə)

16:30. “Xəzər Lənkəran” – “Qəbələ”
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Vaqif Musayev, Fərid Məmmədov
AFFA nümayəndəsi: Eldar Qasımov
Hakim-inspektor: Şahin Cəfərov
“Xəzər Lənkəran” mərkəzi stadionu

19:00. “Neftçi” – “Zirə”
Hakimlər: Fariz Yusifov, Munis Abdullayev, İsgəndər Əliyev, Ömər Paşayev
AFFA nümayəndəsi: Rauf Əmirov
Hakim-inspektor: Məlik Həsənov
8-ci km stadionu

24 aprel (bazar)

14:00. “Sumqayıt” – “Kəpəz”
Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Rahil Ramazanov, Ziya Nəsirov
AFFA nümayəndəsi: Sakin Məmmədzadə
Hakim-inspektor: Asim Xudiyev
Mehdi Hüseynzadə adına şəhər stadionu

 

16:00. “Rəvan” – AZAL
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Cavanşir Yusifov, Ramil Diniyev
AFFA nümayəndəsi: Adil Nadirov
Hakim-inspektor: Fazil Mürşüdov
“Bayıl Arena”

0