Pedro Enrikenin "Qarabağ"dan ayrılacağı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, braziliyalı futbolçu feysbuk səhifəsində vida mesajı paylaşaraq, Ağdam klubu ilə sağollaşıb.
"Birlikdə geridə qoymaq üzrə olduğumuz bu mövsümə görə "Qarabağ"a və bütün Azərbaycan xalqına təşəkkür edirəm. Həyatımın həlledici periodlarından biri arxada qaldı. Birlikdə keçirdiyimiz bu 9 ayı sevgi ilə xatırlayacam. Həmişə əlimdən gələnin ən yaxşısını ortaya qoymağa, var gücümlə oynamağa çalışmışam, çünki burada futbol oynamaq mənim üçün xoş idi və bu, belə də qalacaq. Özümü sizin qarşınızda borclu hiss edərək, ayrılıram. Mənə ağdamlılar üçün oynamaq imkanı yaratdığınız üçün hər zaman sizə minnətdar olacam. Bütün futbolçulara, texniki heyətə, rəsmilərə və azarkeşlərimizə təşəkkür edir, hamınızı bağrıma basıram. Allah sizdən razı olsun" - deyə, Pedro qeyd edib.
Bir neçə gün öncə Yunanıstan mətbuatına açıqlama verən Pedro Enrike transfer haqlarının sahibi PAOK-a qayıtmaq istədiyini bildirmişdi.
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"