[b]Pirlo futboldan getdi[/b]
06.11.2017 - 18:10
İtaliyanın əfsanəvi futbolçusu Andrea Pirlo karyerasını bitirib. Apasport.az saytının məlumatına görə, 38 yaşlı yarımmüdafiəçi bu gün son matçını keçirib.
“Nyu-York Siti”nin ABŞ çempionatının pley-off mərhələsində “Kolambus”la keçirdiyi qarşılaşmanın 90-cı dəqiqəsində meydana girən veteran oyunçu bununla da futbolla vidalaşıb. Oyun “Nyu-York Siti”nin 2:0 hesablı qələbəsi ilə nəticələnib.
Qeyd edək ki, Andrea Pirlo karyerası ərzində “Breşiya”, “İnter”, “Recina”, “Milan” və “Yuventus” klublarının formasını geyinib.
- Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda
- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”
0
0