[b]Platini FİFA prezidentliyinə iddiasını ortaya qoydu[/b]
29.03.2014 - 07:21
UEFA-nın prezidenti Mişel Platini FİFA rəhbərliyinə iddiasını ortaya qoyub. Apasport.az saytının məlumatına görə, məşhur futbolçu bu barədə jurnalistlərlə görüşü zamanı bildirib.
Platini etiraf edib ki, FİFA-nın hazırkı prezidenti Yozef Blatterə ancaq özünü rəqib hesab edir: “Mən dünyada ancaq bircə şəxsi tanıyıram ki, seçkilərdə Blatteri keçə bilər. Mən özüm haqqında danışıram? Bəli. Mənim FİFA üçün bir çox ideyalarım var”.
Qeyd edək ki, FİFA prezidenti postuna seçkilər 2015-ci ilin iyununda keçiriləcək.
0
0