[b]Pley-offun bütün iştirakçıları müəyyənləşdi[/b]
07.08.2014 - 09:05
[b]Pley-offun bütün iştirakçıları müəyyənləşdi[/b]

Çempionlar Liqasının pley-off mərhələsinin bütün iştirakçıları müəyyənləşib. Apasport.az saytının məlumatına görə, III təsnifat mərhələsinin 15 qalibi yarışa birbaşa pley-offdan başlayacaq 5 kluba qoşulub.

 

Sabah keçiriləcək püşkatma ərəfəsində bu 20 komanda səbətlərə bölünüb. Həm çempionlar, həm də öz ölkəsində daha aşağı yerləri tutanların reytinqinə əsasən potensial rəqiblərini bilib.

 

Çempionlar Liqası

 

Çempionlar

Səpələnmişlər

“Zalsburq” (Avstriya), “Styaua” (Rumıniya), BATE (Belarus), APOEL (Kipr), “Ludoqorets” (Bolqarıstan)

Səpələnməmişlər

“Maribor” (Slovaniya), “Legiya” (Polşa), “Slovan” (Slovakiya), “Malmö” (İsveç), “Olborq” (Danimarka)

 

Qeyri-çempionlar

Səpələnməmişlər

“Arsenal” (İngiltərə)*, “Porto” (Portuqaliya)*, “Zenit” (Rusiya), “Bayer” (Almaniya)*, “Napoli” (İtaliya)*

Səpələnməmişlər

“Atletik” (İspaniya)*, “Lill” (Fransa), “Kopenhagen” (Danimarka), “Standard” (Belçika), “Beşiktaş” (Türkiyə)

 

“*” işarəsi ilə mübarizəyə birbaşa pley-offdan başlayanlar göstərilib.