[b]Pol Qaskoyn yenə xəstəxanalıq oldu[/b]
22.12.2015 - 15:25
[b]Pol Qaskoyn yenə xəstəxanalıq oldu[/b]

İngiltərənin əfsanəvi futbolçusu Pol Qaskoyn spirtli içki aludəçisi olub. Apasport.az saytının yerli mətbuata istinadən məlumata görə, 48 yaşlı veteran futbolçu bu üzdən növbəti dəfə xəstəxanaya aparılıb.

 

2004-cü ildə karyerasını bitirdikdən sonra içkiyə qurşanan və bu üzdən bir neçə dəfə vəziyyəti pisləşən Qaskoyn yenə sevənlərini qorxudub. Belə ki, insanlar onu qaldığı oteldə qanlar içində huşunu itirmiş vəziyyətdə görüblər. Sonradan məlum olub ki, o, huşunu itirərək yerə yıxıldığı zaman barmağını şüşə kəsib.

 

Qaskoynun israrla spirtli içki tələb etdiyi, lakin otel işçilərinin ona zəif alkollu içki verdikləri üzə çıxıb. Buna qane olmayan sabiq futbolçu daha yüksək alkollu içki qəbul edib və nəticədə xəstəxanalıq olub. Həkimlər ona bu cür davam edəcəyi təqdirdə həyatını riskə atacağı barədə xəbərdarlıq ediblər.