[b]Premyer Liqa I diviziona qarşı[/b]
27.11.2017 - 14:31
[b]Premyer Liqa I diviziona qarşı[/b]

Sabah Azərbaycan kubokunda 1/8 final mərhələsinə start veriləcək. Apasport.az saytının məlumatına görə, 1/4 finala vəsiqələr uğrunda mübarizə iki gün davam edəcək.

 

Premyer Liqa klublarının yarışa qatılacağı mərhələdə komandalar bir oyunda münasibətlərini ayırd edəcək. 1/8 finalda Premyer Liqa klubları I divizion təmsilçilərini sınağa çəkəcək.

 

İlk oyun günündə iki qarşılaşma baş tutacaq. Ölkənin iki ən titullu klubu – “Qarabağ” və “Neftçi” öz meydanında kubok mövsümündə ilk duelə çıxacaq. Ağdam təmsilçisi I divizionun lideri – “Qaradağ Lökbatan”la, “Neftçi” isə autsayderlə - “Zaqatala” ilə görüşəcək. Elita təmsilçilərinin asanlıqla qalib gəlməsi, hətta azarkeşlərini məhsuldarlığı ilə sevindirməsini proqnozlaşdırmaq olar.

 

“Neftçi” və “Qarabağ” kimi ertəsi gün meydana çıxacaq Premyer Liqa klublarının da çətinliklə üzləşəcəyi inandırıcı görünmür. “Qəbələ”nin “Mil-Muğan”, “Sumqayıt”ın “Sabah”, “Zirə”nin “Xəzər”lə matçda aşkar favorit olmasını söyləmək mümkündü. Hətta bu görüşlərdə böyükhesablı nəticə də gözlənilməzlik sayılmayacaq.

 

Premyer Liqanın autsayderləri “Kəpəz”lə “Keşlə”nin də 1/8 finalda büdrəməsi inandırıcı deyil. Sonuncular MOİK-in qonağı olacaqsa, qərblilər “Binə”ni Bakıda qəbul edəcək.

 

Bu matçlar hər iki klubun yeni baş məşqçisi üçün ilk qələbə ilə əlamətdar ola bilər. Ramiz Məmmədov “Keşlə”də, Yunis Hüseynov “Kəpəz”də ilk uğurunu qazanmağa yaxındı.

 

Yüksək dəstədəki yerini “Səbail”ə verən “Şüvəlan” paytaxt derbisində möcüzə reallaşdırmağa çalışacaq. Lakin səfərdə oynayacaq Premyer Liqa klubunun büdrəmək ehtiimalı çox aşağıdı.


Azərbaycan kuboku

1/8 final

 

28 noyabr (çərşənbə axşamı)

16:00. “Qarabağ” – “Qaradağ Lökbatan”
“Azərsun Arena”


17:00. “Neftçi” – “Zaqatala”
8-ci km qəsəbə stadionu


29 noyabr (çərşənbə)

13:30. “Şüvəlan” – “Səbail”
“AZAL Arena”


13:30. MOİK – “Keşlə”
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu


13:30. “Kəpəz” – “Binə”
“Dalğa Arena”

 

14:00. “Qəbələ” – “Mil-Muğan”
Qəbələ şəhər stadionu


16:00. “Sumqayıt” – “Sabah”
Sumqayıt şəhər stadionu

 

16:00. “Zirə” – “Xəzər”
Zirə İdman Kompleksinin stadionu

 

0