[b]Premyer Liqa klubu baş məşqçisini qovdu[/b]
13.03.2018 - 09:25
“Sauthempton” klubu baş məşqçisiz qalıb. Apasport.az saytı xəbər verir ki, Premyer Liqa təmsilçisinin rəhbərliyi Maurisio Pelleqrino ilə yolları ayırıb.
Klub bu barədə rəsmi saytı vasitəsilə məlumat yayıb.
Pelleqrino uğursuz nəticələrə görə qovulub. 45 yaşlı mütəxəssislə birlikdə köməkçiləri Karlos Kompanççi və Ksavye Tamarit də komandadan göndərilib.
Qeyd edək ki, “Sauthempton” İngiltərə çempionatında hazırda 17-ci pillədə qərarlaşıb.
- “Qalatasaray”a Osimhen müjdəsi – Qayıdacağı tarix bəlli oldu
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq
- Şeşko yenidən zədələndi – MİLLİNİN DÜŞƏRGƏSİNİ TƏRK ETDİ
0
0