[b]Premyer Liqa klubu şübhə altında: Bütün heyət yoxlanıldı[/b]
13.05.2016 - 01:31
[b]Premyer Liqa klubu şübhə altında: Bütün heyət yoxlanıldı[/b]

Rusiya Premyer Liqasının 28-ci turunun “Dinamo” – “Rostov” (1:3) oyunundan sonra qonaq komandanın start heyətində meydana çıxmış bütün futbolçuları dopinq testə cəlb olunub. Apasport.az saytının məlumatına görə, bu barədə Rusiya mətbuatı xəbər yayıb.

 

Rusiya Futbol Federasiyasının yarışların keçirilməsi departamentinin rəhbəri Sergey Kulikov bildirib ki, bu, standart prosedurdu və FİFA-nın dopinq nəzarəti üzrə məmurlarının tapşırığı ilə həyata keçirilib.

 

“Rostov”un futbolçu və məşqçi heyəti isə bu qərardan olduqca təəccüblənib. Yarımmüdafiəçi Timofey Kalaçyov belə yoxlamalar zamanı adətən iki və ya üç oyunçunun test edildiyini qeyd edərək, bu yoxlamanı onların yaxşı oynamaqlarına qarşı qısqanclıq kimi dəyərləndirib.

0