[b]Premyer Liqa klubuna rekord qiymətə gəldi - FOTO[/b]
24.06.2017 - 17:45
[b]Premyer Liqa klubuna rekord qiymətə gəldi - FOTO[/b]

Portuqaliyanın “Portu” klubunun futbolçusu Loran Depuatr karyerasını İngiltərədə davam etdirəcək. Apasport.az saytının məlumatına görə, 29 yaşlı belçikalı yeni mövsümdən Premyer Liqasında çıxış edəcək “Haddersfild”in formasını geyinəcək.

 

O, yeni klubu ilə 2 illik müqavilə imzalayıb. Transfer qiyməti açıqlanmasa da, razılaşmanın komanda tarixində rekord məbləğə başa gəldiyi bildirilir.