[b]Premyer Liqa klubunda yeni müqavilə[/b]
30.11.2017 - 19:32
[b]Premyer Liqa klubunda yeni müqavilə[/b]

Premyer Liqa təmsilçisi “Mançester Siti” əsas oyunçularından biri ilə müqavilə yeniləyib. Apasport.az saytının məlumatına görə, “şəhərlilər” ispan futbolçu David Silva ilə “nikah təzələyib”.

 

İspaniya milli komandasının üzvü ilə 2020-ci ilə kimi anlaşma əldə olunub. Əgər Silva mövcud anlaşmanın sonuna kimi klubda qalsa, bununla o, “Mançester Siti”də 10 il keçirmiş olacaq.

 

2010-cu ildə ingilis klubuna keçən yarımmüdafiəçinin hazırkı müqaviləsi 2018/19 mövsümünün sonuna kimi nəzərdə tutulub.

 

Qeyd edək ki, Premyer Liqada cari mövsüm 14 oyunda meydana çıxan David Silva 1 qol vurub və 8 dəfə məhsuldar ötürmə ilə yadda qalıb.