[b]Premyer Liqa təmsilçisində yeni baş məşqçi[/b]
29.11.2017 - 20:33
[b]Premyer Liqa təmsilçisində yeni baş məşqçi[/b]

İngiltərə Premyer Liqa təmsilçisi “Everton”un yeni baş məşqçisi bəlli olub. Apasport.az saytının məlumatına görə, Ronald Kumanın qovulmasından sonra boş qalan posta Sem Ellerdays təyin olunub.

 

Klubdan verilən açıqlamada ingilis mütəxəssislə 2019-cu ilin iyun ayına kimi müqavilə imzalandığı bildirilib.

 

Qeyd edək ki, hazırda aktivində 12 xal olan Liverpul təmsilçisi turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb. 

0