[b]Premyer Liqada ayın ən yaxşısı seçildi - FOTO[/b]
05.03.2018 - 23:17
İngiltərə Premyer Liqasında fevral ayının ən yaxşı futbolçusu müəyyənləşib. Apasport.az saytının Britaniya mətbuatına istinadən məlumatına görə, "Liverpul"un yarımmüdafiəçisi Məhəmməd Salah bütün rəqiblərini qabaqlayıb.
Misirli ulduz futbolçu azarkeşlər arasında aparılan sorğu zamanı 37 faiz səs toplayıb. Bununla Salah cari mövsümdə 3-cü dəfə Premyer Liqada ayın ən yaxşısı adına layiq görülüb. İkinci pillədə onun komanda yoldaşı Roberto Firmino (19%) qərarlaşıb.
Qeyd edək ki, Məhəmməd Salah fevralda meydana çıxdığı 3 görüşdə 4 qola imza atıb.
- Tuxeldən sürpriz qərar – 16 yaşlı “Arsenal”lı İngiltərə millisinə qoşula bilər
- “Qalatasaray”a Osimhen müjdəsi – Qayıdacağı tarix bəlli oldu
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq
0
0