[b]Premyer Liqada fasilə olacaq[/b]
27.02.2018 - 11:14
[b]Premyer Liqada fasilə olacaq[/b]

İngiltərə Futbol Assosiasiyası (FA) Premyer Liqada fasilə verilməsinə ehtiyac duyub. Apasport.az saytının Britaniya mətbuatına istinadən məlumatına görə, bundan ilk olaraq 2019-20 mövsümündə istifadə ediləcək.

 

Həmin vaxt fasilə İngiltərə Kubokunda V mərhələnin oyunlarının önə çəkilməsi və yenidən oyunların ləğvi ilə yaranacaq. FA bu qərarı klubların avrokuboklarda, milli komandanın isə beynəlxalq arenada uğurlu çıxışı naminə verib. Lakin oyunların təxirə salınması səbəbindən telekanallara kompensasiya ödəniləcək.

 

Qərara əsasən, 2020-ci ilin fevral ayında ən azı 13 günlük fasilə yaranacaq.