Azərbaycan Premyer Liqasının XVIII turu “Kəpəz”in baş məşqçisi Yunis Hüseynov üçün əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, 53 yaşlı mütəxəssis baş məşqçi kimi karyerasında 250-ci rəsmi matça çıxacaq.
Bu, martın 3-də keçiriləcək “Səbail”lə ev oyununa təsadüf edəcək. Paytaxt təmsilçisi XII turda Gəncədə “Kəpəz”i 3:2 hesabı ilə yendikdən sonra Şahin Diniyev istefa verib, Hüseynov bu vəzifəyə gəlmişdi. Bu poata gələndən sonra çempionatdakı 5 qarşılaşmada nəinki qələbə, hətta xala da həsrət olan 53 yaşlı çalışdırıcı indi eyni arenada, eyni rəqibə qarşı yubileyə çıxacaq.
Baş məşqçi fəaliyyətinə 2004-cü ildə “Karvan”da başlayan Hüseynov indiyədək 249 oyunda bu funksiyanı yerinə yetirib. Qısa fasilələrlə 2010-cu ilədək Yevlax klubuna rəhbərlik edən mütəxəssisin hesabındakı matçların çoxu da bu komandayla bağlıdı. O, 179 qarşılaşmada “Karvan”a “sarvan”lıq edib. “Xəzər Lənkəran”ı 45, “Standard”ı 17 görüşə çıxaran məşqçi özünün 4-cü komandasını 9-cu “döyüş”də sınayacaq.
Əvvəlki 249 matçdan çoxu ölkə çempionatı çərçivəsində baş tutub. Hüseynov komandalarını 209 Premyer Liqa matçında meydana buraxıb. Ölkə kubokunun 32 matçında da iş başında olan çalışdırıcı avrokuboklarda 8 oyunda bu vəzifəni yerinə yetirib.
|
klub |
mövsümlər |
çempionat |
kubok |
avrokubok |
cəmi |
|
Karvan |
2004/05, 2005/06, 2006/07, 2007/08, 2008/09, 2009/10 |
152 |
23 |
4 |
179 |
|
Standard |
2007/08 |
13 |
4 |
0 |
17 |
|
Xəzər Lənkəran |
2011/12, 2012/13, 2014/15, 2015/16 |
39 |
2 |
4 |
45 |
|
Kəpəz |
2017/18 |
5 |
3 |
0 |
8 |
|
Cəmi |
|
209 |
32 |
8 |
249 |
Hüseynovun komandalarının nəticələrinə baxsaq, mütəxəssisin balansı müsbətdi. Düzdü, indiki klubu “Kəpəz”də uğursuzluq zolağında çıxa bilmir. Amma əvvəlki nəticələri imkan verir ki, müsbət saldoya malik olsun
Onun yetirmələri 249 qarşılaşmada 96 qələbəsi olan Hüseynov 38,6 faizlik nəticəyə malikdi. 63 bərabərliyi olan çalışdırıcı 25,3 faiz sülhsevərdi. Baş məşqçi postunda keçirdiyi görüşlərin 36,1 faizində uduzan məşqçinin 90 üzüntüsü var.
53 yaşlı mütəxəssisin yetirmələri indiyədək 323 qol vurub, öz qapısından 260-nı buraxıb. Orta məhsuldarlığı 1,30-a bərabər olan komandaları hər matçda 1,04 top buraxıb.
|
Turnir |
oyun |
qələbə |
heç-heçə |
məğlubiyyət |
t/f |
|
Premyer Liqa |
209 |
78 |
52 |
79 |
262-223 |
|
Azərbaycan kuboku |
32 |
15 |
8 |
9 |
54-31 |
|
Avrokubok |
8 |
3 |
3 |
2 |
7-6 |
|
|
249 |
96 |
63 |
90 |
323-260 |