İngiltərə Peşəkar Futbol Assosiasiyası (PFA) Premyer Liqada cari mövsümün rəmzi komandasını elan edib. Apasport.az-ın qurumun rəsmi saytına istinadən məlumatına görə, rəmzi komandada ən çox futbolçu ilə “Mançester Siti” təmsil olunub.
Belə ki, artıq çempionluğu təmin edən “şəhərlilər”in 5 üzvü simvolik “11-lik”də özünə yer edə bilib. Bundan başqa, “Tottenhem” 3, “Liverpul”, “Mançester Yunayted” və “Çelsi” isə hərəyə 1 oyunçu ilə təmsil olunub.
Qapıçı: David De Xea (“Mançester Yunayted”)
Müdafiəçilər: Kayl Uolker, Nikolas Otamendi (hər ikisi “Mançester Siti”), Yan Vertongen (“Tottenhem”), Markos Alonso (“Çelsi”)
Yarımmüdafiəçilər: David Silva, Kevin De Bruyne (hər ikisi “Mançester Siti”), Kristian Eriksen (“Tottenhem”)
Hücumçular: Məhəmməd Salah (“Liverpul”), Harri Keyn (“Tottenhem”), Serxio Aquero (“Mançester Siti”)