[b]Premyer Liqada antirekord[/b]
04.12.2017 - 15:13
[b]Premyer Liqada antirekord[/b]

Azərbaycan Premyer Liqasında mövsümün antirekordu qeydə alınıb. Apasport.az saytının məlumatına görə, “Kəpəz”in futbolçusu Şəhriyar Əliyev çempionatın ilk yarısında 6 vərəqə alan ilk futbolçu kimi fərqlənib.

 

O, XIV turun “Sumqayıt”la görüşündə bu antirekordu rəsmiləşdirib. Həmin matçda sarı vərəqə alan Bəxtiyar Həsənəlizadə isə “Sumqayıt”ın heyətində 5 xəbərdarlıq alan oyunçudu. Sonuncunun komanda yoldaşı Tural Axundovun da hesabında 5 “sarı” var.