[b]Prosineçki Türkiyədə qaldı [/b]
26.02.2015 - 14:44
[b]Prosineçki Türkiyədə qaldı [/b]

Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki bu gün milli komanda ilə birgə Bakıya qayıtmayacaq. Apasport.az saytının məlumatına görə, xorvatiyalı mütəxəssis yığmanın üzvləri Vaqif Cavadov və Mahir Şükürovun oyunlarını izləmək üçün Türkiyədə qalacaq.

 

Prosineçki həmyerlilərimizin iştirakı ilə Türkiyə çempionatının I liqasında baş tutacaq qarşılaşmanı izləyəcək. O, sabah Cavadovun formasını geydiyi “Boluspor” evdə Bucaspor”la görüşünə stadiondan baxacaq. Çalışdırıcı fevralın 28-də Şükürovun çıxış etdiyi “Karşıyaka”nın “Orduspor”la matçında təmsilçimizin oyununu dəyərləndirəcək.

 

Qeyd edək ki, Antalya toplanışını başa vuran yığmamız bu gün Bakı vaxtı ilə sat 17:00-da Bakıya qayıdacaq.

 

Mənbə: affa.az