Fevralın 20-dən 26-dək Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı, hazırlıq prosesi çərçivəsində fevralın 24-də Ukraynanın “Şaxtyor” (Donetsk) klubu ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan millisinin heyəti açıqlanıb. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, toplanışa 24 futbolçu çağırılıb.
Qapıçılar: Səlahət Ağayev (“İnter”), Emil Balayev (“Ayntraxt”, Almaniya), Andrey Popoviç (“Sumqayıt")
Müdafiəçilər: Rəşad Sadıqov, Bədavi Hüseynov, Maksim Medvedev (hamısı “Qarabağ”), Ruslan Abışov (“Qəbələ”), Arif Daşdəmirov, Məhəmməd Mirzəbəyov (hər ikisi “İnter”), Anton Krivotçuk (klubsuz)
Yarımmüdafiəçilər: Qara Qarayev, Namiq Ələsgərov, Vüqar Nadirov (hamısı “Qarabağ”), Rəşad Sadiqov, Elvin Camalov, Cavid Hüseynov (hamısı “Qəbələ”), Əfran İsmayılov, Coşqun Diniyev, Elvin Məmmədov (hamısı “İnter”), Rahid Əmirquliyev (“Xəzər Lənkəran”), Məhəmməd Qurbanov (“Sumqayıt”)
Hücumçular: Ağabala Ramazanov (“Xəzər Lənkəran”), Orxan Əliyev (“Sumqayıt”), Rəşad Eyyubov (“Simurq”)
Qeyd edək ki fevralın 24-də Topaz Premyer Liqasının III turundan təxirə salınmış AZAL – “Neftçi” oyunu keçiriləcəyi üçün həmin komandaların üzvləri toplanışa dəvət olunmayıb.